Yuxarı

Heç bir şərt qəbul etməmişik - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel hadisələrindən sonra Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürüb. Onların heç biri, təbii ki, qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev iyunun 25-də hərbçilərlə görüşdə bildirib.

"Danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir", - deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulub.

Vyana görüşünün Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə keçirildiyini qeyd edən Prezident bu görüşün müsbət nəticələrinin olduğunu, Ermənistan tərəfinin qoyduğu şərtlərin qəbul edilmədiyini, Azərbaycan tərəfinin hər hansı bir sənədə imza atmadığını diqqətə çatdırıb.

Sankt-Peterburq görüşünə toxunan Prezident İlham Əliyev bu görüşün müsbət nəticələrinin olduğunu vurğulayaraq deyib: "Ümid edirəm ki, bu proses sürətlə davam etdiriləcəkdir. Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik. Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır".

Tarix
2016.06.25 / 22:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla