Yuxarı

Gəncədə gənclərin əməkdaşlığı forumu yekunlaşdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə gənclərin əməkdaşlığı forumu yekunlaşdı - Foto

"İrəli" İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 2016-cı il Avropanın paytaxtı Gəncədə "Region Gənclərinin Əməkdaşlığı Forumu" layihəsi yekunlaşıb.

Axar.az xəbər verir ki, layihənin növbəti günlərində Regional İnkişaf İctimai Birliyi nümayəndələri gənclərə təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat verib. Gənclərlə birgə müzakirələ həyata keçirilib və iştirakçıların sualları əməkdaşlar tərəfindən cavablandırılıb.

Gəncədə Gənclər evində keçirilən təqdimatdan sonra iştirakçılara müxtəlif mövzularda təlimlər keçirilib.

Gənclərin praktik bilgilərinin artırılması məqsədilə keçirilən təlimlərdə Eldəniz Əsədov, Niyazi Qasımov və Nigar Ələsgərova təcrübə və biliklərini iştirakçılarla bölüşüblər.

Sonda isə gənclərlə birgə əməkdaşlıq mövzusunda müzakirələr həyata keçirilib. Gənclər öz ideyalarını, istəklərini bildirərək, bu ideyaların həyata keçirilməsi üçün müəyyən məsləhətlər, biliklər əldə etmiş olublar.

Layihənin əsas məqsədi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində istifadəyə verilən Gənclər Evləri və Gənclər Mərkəzləri yerləşən regionlarda, bölgələrdə gənclərin şəxsi inkişafına təkan vermək, "Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı" layihəsinə dəstək olmaq, gənclərin birgə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.

Tarix
2016.06.27 / 20:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla