Yuxarı

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

Bu gün Türkiyənin rəsmi dövlət kanalı olan TRT Güney Azərbaycanın qədim və böyük şəhərlərindən biri olan Urmiyanı “kürd şəhəri” kimi təqdim edərək, bu şəhərdən hazırladığı reportajda kürd dilində və kürd musiqiləri ilə bir saatlıq süjet yayımlayıb.

Axar.az xəbər verir ki, bu barədə Dünya Azərbaycanlıları Konqresinin İdarə heyətinin üzvü Nurəddin Qərəvi məlumat verib.

“Urmiyanın tarixi abidələri, muzeyləri və şəhər həyatını əks etdirən bu materialın məzmunu bizə görə tarixə, milli kimliyə və qardaşlıq anlayışına hörmətsizlikdir. Biz zamanında Türkiyənin kürd məsələsində atdığı bəzi addımların fəsadlarının Güney Azərbaycanda əks-səda verəcəyini demişdik. Təəssüf ki, bu gün o narahatlıqların ilk konkret nümunəsi ilə qarşı-qarşıyayıq.

Özünü Azərbaycanın dostu və strateji tərəfdaşı kimi təqdim edən Ankara rəhbərliyi belə bir materialla həm dostluğa, həm də tarixi həqiqətlərə zidd addım atmış olur. TRT rəhbərliyi əgər obyektivlik prinsipinə sadiqdirsə, Urmiyada və ətraf bölgələrdə kürd silahlı dəstələrinin törətdiyi cinayətlər, o cümlədən Sulduz, Xoy və Maku kimi şəhərlərdə azərbaycanlılara qarşı törədilən zorakılıqlar barədə də reportaj hazırlamalı idi.

TRT bu verilişi ilə Güney Azərbaycanın milli-mədəni kimliyinə, eləcə də Türkiyə-Azərbaycan qardaşlığına ağır kölgə salıb. Bu, sadəcə bir jurnalist süjeti deyil, ciddi siyasi mesaj daşıyan addımdır.

Azərbaycan dövləti və cəmiyyətinin bu məsələyə həssas və prinsipial münasibət bildirməsi vacibdir. Əgər bir ölkə bizə dostdursa, bizim tarixi şəhərlərimizi saxtalaşdırmaqla başqa bir etnosun şəhəri kimi təqdim etməməlidir.

Vahid və müstəqil Azərbaycan uğrunda mübarizəmiz davam edir!”, - İdarə heyətinin üzvü qeyd edib.

Tarix
2025.07.12 / 23:31
Müəllif
Axar.az
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla