Yuxarı

Tofiq Abdin dəfn olundu - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:44

Bu gün tanınmış tərcüməçi-jurnalist Tofiq Abdin infarktdan dünyasını dəyişib.

"Axar.az" xəbər verir ki, bu barədə tərcüməçi-jurnalist Akif Qəhrəmanlı məlumat verib.

Qeyd edək ki, Tofiq Abdin (Məhərrəmoğlu)– 1941-ci ildə Salyanın Qırmızıkənd kəndində anadan olmuşdu. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini bitirmiş, həmin ildən Anarın baş redaktoru olduğu "Qobustan" toplusunda şöbə müdiri işləmişdi. 1993-2001-ci illərdə Türkiyədə yaşamış, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq etmişdi (Yeri gəlmişkən, Türkiyənin TRT telekanalının Bakı təmsilçiliyi Tofiq Abdin haqqında yarım saatlıq sənədli film çəkib. Filmin ssenari müəllifi Raşid Dəmirtaş, operatoru Veysəl Baban, montajçı Ələddin Çətinqoldur). 12 publisistik və şeir kitablarının müəllifidir. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Tofiq Abdin uzun müddət idi ki, "Ədalət" qəzetində türk ədəbiyyatının təbliği ilə məşğul idi. "525-ci qəzet"də isə xüsusi səhifələri vardı. 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatı almışdı. 2010-cu ildə "Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü. Sonda onu da qeyd edək ki, mərhumun yas məclisi Bakının "8-ci km" qəsəbəsindəki mənzilinin yerləşdiyi ərazidə ("Praqa" restoranını arxasındakı binanın həyəti) təşkil olunub.

Tofiq Abdin Buzovna qəbiristanlığında torpağa tapşırılacaq.

15:07

Dünən axşam saatlarında ürək tutmasından vəfat etmiş şair-publisist Tofiq Abdinlə vida mərasimi keçirilib.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, mərhumun evində keçirilən mərasimdə ziyalılar və ədəbiyyat xadimləri iştirak ediblər.

Vida mərasimindən sonra T. Abdin Buzovna qəbiristanlığında torpağa tapşırılıb.

Tarix
2014.02.25 / 15:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla