Yuxarı

Qarabağda əsas rolu Rusiya oynayır - Lukaşeviç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda əsas rolu Rusiya oynayır - Lukaşeviç

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aparıcı rol oynayır.

Report xəbər verir ki, bu fikri "Rossiya-24" telekanalının efirində Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

"Vyanada Minsk qrupu həmsədrləri (Rusiya, Fransa və ABŞ) vasitəsi ilə həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə razılıq əldə etmək cəhdi nə isə bir təkan verdi, lakin ən böyük potensiala Rusiya tərəfi malikdir", - deyə diplomat əlavə edib.

O, həmçinin qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Bakı və İrəvana səfərləri ilə bağlı hər hansı bir inqilabi qərarın qəbul ediləcəyini gözləmir.

"Fəaliyyətdə olan sədr baxmayaraq ki, idarə edir, amma yenə də hər şeyi iştirakçı dövlətlər həll edir. Fəaliyyətdə olan sədr sözsüz ki, mühüm rol oynayır, lakin bu hərəkətverici qüvvə deyil. Hərəkətverici qüvvə üç həmsədri olan Minsk qrupudur", - deyə o bildirib.

Lukaşeviç Ştaynmayerin Bakı və İrəvana səfəri ilə bağlı hər hansı bir əhəmiyyətli razılaşma gözləmədiyini qeyd edib.

Tarix
2016.06.29 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla