Yuxarı

Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

Nikol Paşinyanın bugünkü mətbuat konfansından hansı nəticələr çıxarmaq olar? Birincisi, Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasından əvvəl onu paraflamaq istəyir. O, bunu gələn il parlament seçkisinə qədər imzalamaq istəyir ki, ölkə daxilində və xaricində mövqelərini möhkəmlətsin.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“İkincisi, Ermənistan hökuməti Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyə hazırlaşır. Paşinyan mətbuat konfransında Kremlə mesaj göndərdi ki, İrəvanın qərarı qətidir və geri dönüşü olmayacaq.

Üçüncüsü, Nikol Paşinyan Zəngəzur dəhlizini ABŞ və ya Avropa şirkətlərindən birinə icarəyə verməyə hazırdır. Halbuki hələ dünən Ermənistan Xarici İşlər Nazirliyi bunu inkar edən bəyanat yaymışdı.

Beləliklə, Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını uzaq gələcəyə saxlamaq istəmir. Buna baxmayaraq, Paşinyan sülh sazişinin imzalanması üçün zəruri olan Konstitusiya dəyişikliyini sürətləndirmək də istəmir. Prinsip etibarilə biz də sülh sazişinin imzalanmasına tələsmirik. Əgər Paşinyanın söylədiyi kimi, yeni Konstitusiyanın mətnini Ermənistanda parlament seçkisindən sonra referenduma çıxaracaqlarsa, bu, təxminən 10 aylıq müddət deməkdir. Yəni çox da gözləmək lazım gəlməyəcək. Paşinyan Zəngəzur dəhlizini ABŞ və Avropa şitkərlərindən birinə icarəyə vermək istəyirsə, bu qərarını sürətləndirməlidir. Çünki bu qərardan sonra hələ dəmir yolunu bərpa etmək lazım gələcək. Buna da vaxt lazımdır”, - politoloq qeyd edib.

Tarix
2025.07.16 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla