Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2019


Fətullah Gülən hansı deputatlarımızı satın alıb? - Fotofakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Zahid Orucun bu gün Milli Məclisdə "Gülən camaatı" tərəfindən Azərbaycanın 20 millət vəkilini pulla ələ almasına reaksiya verməsi və bunu şər, böhta və təxribat adlandırması diqqəti həmin deputatları üzərinə yönəldir. Kimdir bu deputatlar və hansı media qurumları bu barədə xəbər paylaşıblar?

Ceyhun Osmanlıya 100 min manat?

"Haqqımızda yayılan iddiaların heç bir əsası yoxdur. Məktubda adı keçən olay və məktub saxtadır".

Bu sözləri "Axar.az"a açıqlamasında Çağ Öyrətim Azərbaycan şirkətinin rəhbəri Ənvər Özərənin vəkili, hüquqlarını qoruduğu şəxs haqqında yayılan ittihamlara cavab verərkən dedi. Xatırladaq ki, millət vəkili Ceyhun Osmanlıya seçki təbliğatı üçün 100 min manat, "xidmət hərəkatı"nın işində iştirak etdiyi üçün əlavə hər ay 5 min manat verilməsi barədə Fətullah Gülənin imzası ilə Ənvər Özərənə məktub göndərildiyini və məktubun surətini "Politika.az" saytı yayıb.

Ənvər Özərənin vəkili Emin bəy bildirdi ki, Çağ Öyrətim şirkətinin rəhbəri heç kimə pul verməyib və yayımlanan sənədin heç bir əsası yoxdur:

"Ənvər bəylə danışdım və qərara gəldik ki, həmin saxta sənədi yayımlayan xəbər saytını məhkəməyə verək. O sənədin saxta olduğunu Gülən xocanın əsl imzasını o məktubun altına qoyulan saxta imza ilə tutuşdurmaqla da aydınlaşdırmaq olar".

Hansı imza saxtadır, hansı gerçək?

Məktubla bağlı internetdə kiçicik araşdırma etdik. Fətullah Gülənin rəsmi imzası sayılan imza ilə sözügedən sənədin üzərindəki imzaların da müqayisəsini apardıq.

Fərqi şəkillərdə özünüz də görə bilərsiniz.

Qeyd edək ki, millət vəkili Ceyhun Osmanlı ilə əlaqə qurmaq cəhdlərimiz alınmadı.

Tarix
2014.02.25 / 13:30
Müəllif
Tural Qurbanlı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Fuad Abbasov: Məni hər an öldürə bilərlər - Video

Bakıdan öyrənəcəyimiz çox şey var - Əfqan general

Bu seriallar bizi çox narahat edir - MTRŞ sədri

Biz bu dəhşətli aktın qisasını öz əməlimizlə alacağıq - Rektor

Mərakeş mediası: Bakı bu foruma hazırlaşır

Azərbaycan konfetləri Ermənistanda... - Foto

Ermənilərin adekvat olmayan reaksiyaları

PA rəsmisi: Həmsədrlər konkret təkliflə gəlməmişdi - Video

Xocalı soyqırımı bu ölkədə də qeyd ediləcək - Foto

Yalandır, hökumət o təşkilatları bağlamayıb - Məmmədov

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla