Yuxarı

Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

Rusiyalı hərbi blogerlər məşhur politoloq Sergey Markovun cəzalandırılmasını tələb ediblər.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, buna politoloqun III Şuşa Qlobal Media Forumuna qatılması səbəb olub.

Blogerlər Markovu Azərbaycan Prezidenti İlham Əliyevə həddindən artıq dəstək verməkdə ittiham edib və onun xarici agent elan edilməsinə çağırıblar.

Rusiyalı politoloq isə bu forumu Azərbaycan Prezidentinin fikirlərini eşitmək və müxtəlif ölkələrdən olan həmkarları ilə ünsiyyət qurmaq üçün unikal imkan adlandırıb.

“Şübhəsiz, o (İlham Əliyev - red.)? müasir dünyanın ən təcrübəli liderlərindən biridir. Qalib ölkəni təmsil edən liderdir. Müharibədə tam qələbə qazanan və Qarabağ kimi ərazini azad edən ölkələr o qədər də çox deyil. Bir çox lider ondan qələbənin sirrini öyrənmək istəyərdi. Biz də prezidentə bu sualları vermək istəyirik. O isə, məlum olduğu kimi, çox müdrik, savadlı, korrekt ölkə rəhbəridir”, - Markov söyləyib.

Politoloq onu tənqid edənləri marjinal adlandırıb.

“Mənə bir neçə marjinalın məni söydüyü barədə xəbərlər gəlib çatıb”, - Markov deyib.

Həmçinin o, beynəlxalq forumlarda çıxışları zamanı Rusiyanın maraqlarını müdafiə etdiyini, buna görə də "ölkənin düşmənləri"nin onun belə tədbirlərdə iştirakını istəmədiyini bildirib. Bununla əlaqədar olaraq Markov ölkəsi naminə ona mane olmamağa çağırıb.

Tarix
2025.07.21 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla