Yuxarı

İlham Əliyev hər il çalışır ki, o gözlər... - Rüstəmxanlı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev hər il çalışır ki, o gözlər... - Rüstəmxanlı

Xalq şairi Sabir Rüstəmxanlının müəllifi olduğu “Sabir Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı Azərbaycan mətbuatının 150 illiyinə həsr olunub.

Axar.az xəbər verir ki, S.Rüstəmxanlı verilişdə Azərbaycan mətbuatının tariximizdəki yerindən, milli şüurun inkişafındakı rolundan, demokratik ənənlərindən, eləcə də özünün jurnalistika fəaliyyətindən danışıb.

Azərbaycanda yaranan ilk mətbu orqanlar barədə geniş məlumat verən S.Rüstəmxanlı daha sonra III Şuşa Qlobal Media Forumunun əhəmiyyətini şərh edib. O bildirib ki, Prezident İlham Əliyevin tədbirdə şəxsən iştirak etməsi mətbuatın nüfuzunun və dövlətin mediaya verdiyi dəstəyin nümunəsidir:

“Əvvəlki forumlar da yadımızdadır. Bu təkcə mətbuat işi deyil, həm də böyük siyasi mənası, dövlətçilik əhəmiyyəti olan bir işdir. Mətbuat əslində dünyanın görən gözüdür və Azərbaycan Prezidenti hər il çalışır ki, o gözlər Qarabağa yönəlsin, erməni işğalçılarının Qarabağı necə dağıtdıqlarını, Azərbaycanın isə oranı necə bərpa etdiyini görsünlər”.

Forumun Şuşada keçirilməsinə toxunan Xalq şairi vaxtilə bu şəhərdən olan Azərbaycan ziyalılarının mətbuat tariximizdə xüsusi rol oynadıqlarını da vurğulayıb:

“Təsəvvür edin ki, 1918-ci ildə çıxan “Azərbaycan” qəzetinin redaktoru böyük azərbaycanlı, şuşalı Üzeyir Hacıbəyli idi. Onun publisistik yazıları bu gün də heyranlıqla oxunur. Şuşada, Qarabağda yetişmiş qələm əhlinin Azərbaycan mətbuatının inkişafında rolu danılmazdır. Ona görə də forumun məhz Şuşada keçirilməsi tam məntiqli bir hadisədir”.

Xalq şairi sonda sosial media və müasir mətbuatın durumundan da söz açıb. Ətraflı videoda:

Tarix
2025.07.23 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla