Yuxarı

160-cı briqadanın komandiri Bakıda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
160-cı briqadanın komandiri Bakıda - Foto

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Silahlı Qüvvələri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, 160-cı briqadanın komandiri, briqada generalı Martin Qambelin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və sülhməramlı taborlarında keçirilən görüşlərdə Britaniya nümayəndə heyətinə Silahlı Qüvvələrimizin müxtəlif ordularla qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, həmçinin sülhməramlı əməliyyatlara töhfəsi ilə bağlı ətraflı məlumat verilib.

Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Böyük Britaniyanın 160-cı briqadası ilə ƏİK proqramı və sülhməramlı əməliyyatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qonaqlar ƏİK və sülhməramlı taborların xidmət yerləri, onlar üçün yaradılan sosial-məişət və təlim şəraitləri ilə tanış olublar.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general Martin Qambel hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğunu bildirib.

Tarix
2016.07.01 / 21:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla