Yuxarı

Ukrayna əhalisi ona səs verəcək... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna əhalisi ona səs verəcək... - Politoloq

"İnanmıram ki, Timoşenko namizədliyini irəli sürsün. Onun səhhəti yerində deyil və Almaniyada müalicə alır".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu Ukraynada baş verən hadisələrdən sonra liderin kim olacağı barədə məsələyə münasibət bildirərkən söyləyib.

O, lider kimi Kliçkonun şansını daha çox dəyərləndirir:

"Namizədlər çoxdur. Yəqin ki, hansısa namizəd daha inamlı proqramla çıxış edəcək və bu proqram əsasında Ukrayna əhalisi ona səs verəcək. Yəqin ki, real mübarizə iki müxalifət lideri arasında gedəcək. İnanmıram ki, hakimiyyətdən hansısa namizəd olsun. Hakimiyyət deyəndə mən dünənki hökuməti nəzərdə tuturam. Artıq onlar da müxalifətə keçiblər. Bu baxımdan böyük ehtimalla Kliçkonun şansı daha çoxdur. Həmçinin, Yaçenyuk da ola bilər. O da müxalifət liderlərindən biridir. Amma indiki konstitusiyaya görə prezidentin gələcəkdə elə bir funksiyası yoxdur".

O, həmçinin, Yanukoviçin bir siyasi lider kimi fəaliyyətinin bitdiyini bildirdi:

"Yanukoviçin siyasi karyerasının üzərindən xətt çəkmək olar. Artıq tərəfdarları da ondan imtina etdi. Ona dəstək verən əhali onu satqın adlandırıb. Rusiya da belə zəif siyasətçiyə dəstək verməyəcək. Doğrudur, Rusiya gələcəkdə hansısa siyasətçiyə dəstək verəcək. Amma bu, Yanukoviç olmayacaq".

Elxan Şahinoğlu fikirlərinə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin axırının yaxşı olmayacağını da əlavə etdi:

"Onun axırı yaxşı olmayacaq. Onun boynunda insan qanı var. Elə ona görə də gizlənib. Əgər o üzərində məsuliyyət hiss eləməsəydi, gizlənməzdi . O, tökdüyü qana görə məhkəmə qarşısında cavab verməlidir".

Tarix
2014.02.25 / 16:52
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla