Yuxarı

Solovyov Qusman və Markova Şuşaya gəldiyi üçün nələr dedi... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Solovyov Qusman və Markova Şuşaya gəldiyi üçün nələr dedi... - Video

Şuşada olmaq, rus jurnalistlərin taleyini soruşmamaq sadəcə alçaqlıq deyil, artıq xəyanətin astanasıdır.

Axar.az xəbər verir ki, bunu Kreml təbliğatçısı Vladimir Solovyov “Rossiya 1” telekanalında “Vladimir Solovyovla axşam” verilişinin canlı yayımında TASS-ın keçmiş baş direktor müavini Mixail Qusmanın və politoloq Sergey Markovun Şuşaya səfəri haqda deyib.

“İki nəfər alçaqlığa yol verdi. Jurnalist soydaşlarımızın Azərbaycan həbsxanalarında olduğu bir vaxtda Azərbaycan tərəfinin şəxsi dəvəti ilə Rusiyanın iki vətəndaşı - onlardan biri bu yaxınlaradək yüksək vəzifə tutub - Şuşaya gedib. Onlar həmkarlarımızın taleyi ilə bağlı sual verməyi özlərinə sığışdırmadılar. Amma tərif yağdırmağı özlərinə rəva bildilər. Bu, təkcə peşəkarlıq deyil, həm də insan alçaqlığının təzahürüdür. Onlardan biri xoşbəxtlikdən təqaüdə çıxdı. İkincisi, ümid edirəm, Markov, bir daha heç vaxt Rusiyanın heç bir media orqanına dəvət olunmayacaq. Orada olub həmkarlarımızın, həmvətənlərimizin taleyini soruşmamaq sadəcə alçaqlıq deyil, artıq xəyanətin astanasıdır”, - o bildirib.

Qeyd edək ki, Solovyovun da bu kampaniyaya qoşulması Mixail Qusmanın vəzifədən çıxarılmasının Şuşa Beynəlxalq Media Forumunda iştirakı ilə birbaşa bağlı olduğunu bir daha təsdiqləyir.

Tarix
2025.07.29 / 11:25
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla