Yuxarı

Güclü külək ağacı "Mersedes"in üzərinə aşırdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü külək ağacı "Mersedes"in üzərinə aşırdı

Göyçay rayonunda müşahidə olunan küləkli hava şəraiti bır sıra fəsadlara yol açıb.

Axar.az Report-a istinadən xəbər verir ki, külək rayonun müxtəlif ərazilərində iri və xırdagövdəli ağacların aşmasınasəbəb olub.

Nizami küçəsində isə çinar ağacı rayon sakini Mahir Əlibayram oğlu Mirzəliyevə məxsus "Mersedes" markalı minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə yol polisi, eləcə də Göyçay Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub. Xüsusi texnikaların köməyi ilə aşmış ağac hissələrə bölünərək ərazidən götürülüb.

Güclü küləyin törətdiyi digər hadisə isə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Burada irigövdəli ağac rayon sakininə məxsus fərdi yaşayış evinin hasarının üzərinə aşaraq onu uçurub.

Eyni zamanda, güclü külək rayonun bir neçə ərazisində elektrik xəttlərinə və yaşıllıqlara da ziyan vurub.

Aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazilərdə təhlükəsizlik tədbirləri görülür, aşmış ağacların yollardan götürülməsi istiqamətində işlər davam etdirilir.

Tarix
2026.05.29 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla