Yuxarı

Basqala gedən yolda sürüşmə baş verdi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Basqala gedən yolda sürüşmə baş verdi - Video

Basqal qəsəbəsinə gedən yolda növbəti dəfə torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində yolun asfalt örtüyünün bir hissəsi çöküb. Sürüşmə sərt döngədə, bir-birinə yaxın məsafədə yerləşən bir neçə nöqtədə qeydə alınıb. Bu isə xüsusilə, ərazini tanımayan sürücülər üçün ciddi təhlükə yaradır.

Axar.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, sürücülərin sözlərinə görə, ərazidə torpaq sürüşməsi artıq bir neçə dəfə baş verib.

Onların iddiasına əsasən, yolun həmin hissəsinə yaxın vaxtlarda asfalt örtüyü çəkilsə də, problem yenidən təkrarlanıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov bildirib ki, yolun bu hissəsində problem uzun müddətdir davam edir.

Onun sözlərinə görə, dəfələrlə müvəqqəti asfalt örtüyü çəkilsə də, çökmə yenidən baş verib. Nümayəndə problemin yalnız yolun həmin hissəsində əsaslı təmir işləri aparıldıqdan sonra aradan qaldırıla biləcəyini bildirib.

Tarix
2026.09.03 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü keçirilir - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla