Yuxarı

Polis mayorunun öldüyü qəzanın — Videosu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis mayorunun öldüyü qəzanın — Videosu

Xəbər verdiyimiz kimi, Xaçmazda yol qəzası baş verib.

ARB TV xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 29-cu km-də qeydə alınıb. Xudat istiqamətində hərəkət edən 40-BE-882 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobil əks istiqamətdə gələn 99-KF-374 dövlət nömrə nişanlı VAZ 21015 markalı avtomaşınla toqquşub.

Hadisə nəticəsində dünyasını dəyişənlərdən biri Xaçmaz rayonu, Müşkür kənd sakini 52 yaşlı Dəmir Yol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşı, mayor Məmmədov Cəfər Abbas oğlu, digəri isə Ağdam rayon sakini, 45 yaşlı Yarəliyev Allahverən Zülfüqar oğlu olub.

Qəza zamanı VAZ 21015-də olan sərnişinlər Masallı rayon Ərkivan kənd sakinəri 28 yaşlı Cavid və 34 yaşlı Samir Cəfərov qardaşları müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırmalar aparılır.

Tarix
2016.12.05 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla