Yuxarı

Məşhur iş adamı Aşıq Əliyə görə polisə hücum edib? - Açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haqqımızda yayılan bu məlumatın heç bir əsası yoxdur. Bilmirəm, bu xəbəri necə uydurublar...

Bu sözləri Axar.az-a açıqlamasında Aşıq Əli Masallıda Vaqif Ələsgərov adlı yol polisi əməkdaşının tanınmış iş adamı Hacı Mazan (Ramazan Zeynalov) tərəfindən təhqir edilməsi barədə yayılan xəbərlərə reaksiyasında deyib. Aşıq Əli bildirib ki, doğrudan da bir neçə gün öncə Masallıya, “Viləş” otelində təşkil olunan konsertə dəvət ediliblər:

“Xatirə İslamla birgə sözügedən mərasimdə iştirak etmişik və gedərkən yol polisi həqiqətən də bizim sərnişini olduğumuz maşını saxlayaraq, sürücünün sənədlərini yoxlayıb və yola salıb. Ancaq Hacı Mazanın bizə görə polisi təhqir etməsi və onu döymək istəməsi barədə yayılan məlumat tamamilə yalandır”.

“Viləş” otelinin rəhbəri olduğunu bildirən Anar adlı şəxs isə Musavat.com-a açıqlamasında müğənnilərin çəkilişlərə görə otelə gəldiyini deyib, amma yolda hansısa hadisənin yaşanmadığını bildirib: “Otelin müdiri mənəm. Xatirə xanımla Aşıq Əli burada idilər. Çəkiliş oldu, bundan sonra çıxıb getdilər. Lakin bu vaxt ərzində heç bir hadisə olmadı axı. Əgər belə bir hadisə olsaydı, bizim xəbərimiz olardı. Yəqin, bu, şayiədir, boş və yanlış məlumatdır, çünki belə bir hadisə olmayıb”.

Qeyd edək ki, "Editor.az" Masallıda yerləşən "Viləş" otelində təşkil edilən əyləncəli proqramda iştirak etmək üçün rayona gedən müğənni Xatirə İslam və Aşıq Əlinin içərisində olduğu avtomobili yol polislərinin saxladığı və mübahisə yarandığı barədə məlumat yayıb. İddia olunur ki, hadisə yerinə gələn "Viləş" otelinin sahibi, məşhur iş adamı Hacı Mazan kimi tanınan Ramazan Zeynalov yol polisi Vasif Ələsgərovu təhqir edib, döymək üçün üzərinə hücuma keçib.

Tarix
2016.12.16 / 14:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla