Yuxarı

Keçmiş məhkum 25 ədəd mobil telefon oğurladı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda Mirzəkərim Yaqubova məxsus mağaza qarət olunub.

ARB TV xəbər verir ki, gecə saatlarında dükana daxil olan oğru oradan 1400 manat pul, 25 ədəd mobil telefon aparıb. Oğuruluqdan ilk xəbər tutan satıcı Tərlan Babazadə olub.

Hadisə yerinə gələn Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis bölməsinin əməliyyatçıları mühafizə kameralarının görüntülərini izləyiblər, dükan sahibi ilə söhbət aparıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağazanı qarət etməkdə şübhəli bilinən, əvvəllər iki dəfə məhkum olunan Bakı şəhər sakini Yaşar Ziyadov saxlanılaraq istintaqa təhvil verilib.

Oğurlanan mobil telefonlar Yaşar Ziyadovdan aşkarlanaraq zərərçəkmişə qaytarılsa da, kassadan aparılan pulun xərcləndiyi məlum olub.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Tarix
2017.01.10 / 23:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla