Yuxarı

Akademik Cəlal Allahverdiyev vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akademik Cəlal Allahverdiyev vəfat etdi

Azərbaycan elminə ağır itki üz verib.

APA-nın xəbərinə görə, Azərbaycanın tanınmış riyaziyyatçısı Cəlal Allahverdiyev bu gün vəfat edib. Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, AMEA İdarəetmə Sistemləri İns­titu­tun­­un "İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor C.Allahverdiyev 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Cəlal Allahverdiyev 17 sentyabr 1929-cu il Şuşa şəhərində anadan olub.

1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olub, 1957-ci ildə "Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1969-cu ildə professor elmi adına layiq görülüb. Onun ən məşhur elmi nəticəsi "Allahverdiyev teoremi" adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınıb.

Tarix
2017.01.19 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla