Yuxarı

Göygöldə avtomobil daha bir can aldı - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göygöldə avtomobil daha bir can aldı - Yeniləndi

22:08

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə hadisə Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hələ ki, kimliyi məlum olmayan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Göygöldə avtomobilin vurub öldürdüyü şəxsin kimliyi məlum olub.

APA-nın verdiyi məlumata görə o, Gədəbəy rayon sakini 1970-ci il təvəllüdlü Haqverdiyev Bəylər Fərman oğludur.

Qeyd edək ki, piyadanı vurmuş “Toyota Prado”-nun sürücüsü və sərnişinləri ilə həkimlər arasında xəstəxanada insident baş verib.

Münaqişə zamanı həkimlərə qarşı zor tətbiq edilib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2017.03.04 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla