Yuxarı

Dəhşətli qəzanı törədən sürücü danışdı: "ruh" görübmüş – Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli qəzanı törədən sürücü danışdı: "ruh" görübmüş – Video

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümünə, 21-nin yaralanmasına səbəb olan "Ford"un sürücüsü Namiq Hüseynov ATV-yə açıqlama verib.

Axar.az xəbər verir ki, qəzanın baş vermə səbəblərindən danışan sürücü arxadan gələn avtomobilin onu sıxışdırdığını, elə bu səbəbdən də idarəetməni itirdiyini bildirib.

“Arxadan gələn ağ maşın məni sıxışdırdı. Mən nə qədər etdim, sağa çəkə bilmədim avtomobili”.

Avtosfer.az-ın yaydığı qəza anının videosunda isə qırmızı rəngli 10 BE 132 dövlət nömrə nişanlı “Ford” mikroavtobusunun arxasınca hər hansı maşının gəldiyi görünmür. Ümumiyyətlə, yolda hər hansı sıxlıq və gərginlik də müşahidə olunmur. Belə aydın olur ki, sürücünün gözünə “ruh” ağ maşın cildində görünüb və yaxud başı digər “Ford”la yarışmaya qatışdığından, ümumiyyətlə, yolu görməyib.

Qeyd edək ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı dünyasını dəyişib. Hadisəyə səbəb olan sürücü saxlanılıb.

Tarix
2017.03.09 / 21:59
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla