Yuxarı

Metroda baş verən oğurluq anbaan lentə alındı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda baş verən oğurluq anbaan lentə alındı - Video

Sumqayıt şəhər sakini Kəmalə Əhmədova Bakı Metropoliteninin "28 May" stansiyasında qatara minəndən sonra mobil telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib.

ARB TV xəbər verir ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadına qarşı cibgirlik edən Ağdam rayon sakini Hacı Mehdiyev saxlanılıb.

Kamera görüntülərindən də aydın olur ki, Kəmalə Əhmədovanın cibindəki mobil telefonu gördükdən sonra Hacı Mehdiyev onun arxasında dayanır və birgə qatara minərək, niyyətini həyata keçirir. Qapılar bağlanan anda cinayəti törədən şəxs qatarı tərk edir, daha sonra "Cəfər Cabbarlı" metro stansiyasına keçərək oradan "Xətai" metrostansiyasına gəlir və hadisə yerindən uzaqlaşır.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Tarix
2017.03.11 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla