Yuxarı

Zöhrab Əmirxanlı dəfn edildi - Foto/Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:55

Azərbaycanın tanınmış jurnalisti Zöhrab Əmirxanlı bu gecə dünyasını dəyişib.

Yaxınlarının Axar.az-a verdiyi məlumata görə, bu gün Zöhrab Əmirxanlının nəşi dəfn üçün doğulduğu Şamaxı şəhərinə aparılacaq.

1958-ci ildə Şamaxıda anadan olan Zöhrəb Əmirxanlı BDU jurnalistika fakültəsini bitirdikdən sonra dövrünün məşhur "Bakı"-"Baku" qəzetində çalışıb. Daha sonra "Hurriyyət" qəzetinin baş redaktoru, "Azadlıq" qəzetinin mədəniyyət redaksiyasının redaktoru, "Şans" qəzetinin, "Gündəlik Teleqraf" qəzetinin baş redaktor müavini kimi çalışıb.

Şəkər xəstəliyindən əziyyət çəkən Z.Əmirxanlı son illərdə mətbuatla kənar müəllif kimi əməkdaşlıq edirdi.

Z.Əmirxanlı tanınmış jurnalist Mehriban Əbülfətqızı ilə ailəli idi. M.Əbülfətqızı 2011-ci ildə Türkiyədə əməliyyat zamanı dünyasını dəyişmişdi.

İki qız, bir oğul övladı var.

***

Bu gecə dünyasını dəyişən tanınmış jurnalist Zöhrab Əmirxanlı toprağa tapşırılıb.

Lent.az-ın məlumatına görə, onun nəşi Şamaxıda, ata yurdunda dəfn edilib.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və həmkarları iştirak edib.

APA TV-nin həmkarımız haqda hazırladığı verilişi təqdim edirik:

Tarix
2017.05.02 / 16:44
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla