Yuxarı

Xalq artisti yenidən xəstəxanaya yerləşdirilir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının bir müddət öncə xəstəxanadan evə buraxılan aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdiriləcək.

Bu barədə Lent.az-a xalq artistinin qızı, müğənni Səidə Dadaşova xəbər verib. O bildirib ki, atasının vəziyyəti normal olsa da, xəstəxana şəraitində müalicə olunmağına ehtiyac var: “Şükürlər olsun, atamın vəziyyəti yaxşılaşır. Yəni bir az özünə diqqət etməlidir. İndi ev şəraitində müalicə olunur. Amma artıq sabahdan Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji xəstəxanasına yerləşdirməyi düşünürük. Çünki müalicə həkimi onu ora yazıb”.

S.Dadaşova bildirib ki, R.Dadaşov bu vəziyyətdə mətbuata müsahibə vermək istəmir: “Özü bu vəziyyətdə görünmək istəmir. Çünki sənətkar olaraq hər zaman tamaşaçıların gözündə necə qalıbsa, elə də qalmaq istəyir. İnşallah, yaxşı olsun, müsahibə verəcək”.

Qeyd edək ki, xalq artisti Rafael Dadaşov mayın 8-də Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Tarix
2017.05.17 / 15:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla