Yuxarı

Qazaxıstanın latın əlifbasına keçidi müzakirə olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın ortaq təşkilatı olan Beynəlxalq Türk Akademiyası (TWESCO) Qazaxıstanda latın əlifbasının bərpası məsələlərinə həsr olunmuş konfrans keçirib.

Kult.az xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin "Egemen Qazaxıstan" qəzetində dərc olunan "Gələcəyə doğru yol: Mənəvi yenilənmə" adlı geniş məqaləsindən irəli gələn tapşırıqların yerinə yetirilməsi məsələlərinin geniş dəyərləndirildiyi toplantının moderatorluğunu Akademiya prezidenti Darxan Kıdırali edib.

Tədbirdə nüfuzlu ictimai-siyasi xadim Mırzatay Joldasbekov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Ağsaqqallar Şurasının üzvü Adil Əhmədov, Qazaxıstan Milli Elmlər Akademiyasının üzvü Bolat Kömekov, А.Baytursınov adına Dilçilik İnstitutunun direktoru Yerdən Kajıbek, habelə görkəmli türkoloq və dilçilər iştirak edib.

"Eurasian Book Fair - 2017" beynəlxalq kitab sərgisi çərçivəsində təşkil edilən konfransda iştirakçılar Prezident Nursultan Nazarbayev tərəfindən qarşıdakı illərdə həyata keçirilməsi nəzərdə tutulan mühüm layihələrdən biri kimi qazax dilinin latın əlifbasına keçidinə dair fikirlərini bölüşüblər. Artıq latın əlifbasına keçmiş digər türk respublikalarının təcrübələri üzərində dayanılıb, bu prosesin aktual məsələləri və mexanizmləri müzakirə edilib. Mütəxəssislərin ortaq qənaəti latın əlifbasına keçidin qardaş türk xalqları ilə əməkdaşlığı yeni səviyyəyə çıxararaq elmi inteqrasiyanı gücləndirəcəyi yönündə formalaşıb.

Bu baxımdan Y.Kajıbekin "Ortaq latın əlifbası mənəvi azadlığın simvoludur", A.Jünisbekin "Latın əlifbasını canlandırmağın aktual məsələləri" mövzusunda məruzələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində Beynəlxalq Türk Akademiyasının elmi layihələrindən biri kimi prof. Alimxan Jünisbekin "Ortaq türk latın əlifbası" adlı monoqrafiyasının da təqdimatı keçirilib.

Tarix
2017.06.19 / 15:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla