Yuxarı

Azərbaycanlı müğənni avtoş ərini müdafiə etdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zenfira İbrahimovanın idmançı əri Anar Heydərov həbs edilib.

Qaynarinfo.az xəbər verir ki, sənətçi həyat yoldaşının başına gələn hadisəyə münasibət bildirib.

"Gör nə gündəyik ki, kimlər bizi müzakirə eləyir. Ailənizə, kim olduğunuza dönüb baxırsınız? Anar Azərbaycan respublikasının vətəndaşıdır. Qanun hamı üçün qanundur. İstəyir müğənninin yoldaşı olsun, istəyir siravi vətəndaş, səhv addım atıb, cəzasını çəkməlidir. Bəsdirin, elə bil Anar adam öldürüb, oğurluq edib. Anar adam deyil, səhv addım ata bilməz? Səviyyənizi, insanlığınızı itirməyin, şərhlərinizə fikir verin".

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, iyunun 25-də, saat 19:40 radələrində 10 B 216 dövlət nömrə nişanlı motosikletin sürücüsü Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib.

Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla” işarəsi verməsinə məhəl qoymayaraq, hərəkəti davam etdirib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra biliblər.

İlkin araşdırma zamanı məlum olub ki, motosikleti idarə edən şəxsi Bakı şəhər sakini, 36 yaşlı Anar Atakişi oğlu Heydərovdur. Onun sürücülük vəsiqəsində isə motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də, etibarnamənin olmadığı da üzə çıxıb. Anar Heydərovun barəsində toplanmış materiallar Xəzər rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmə qərarı ilə Anar Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.

Tarix
2017.07.01 / 13:35
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla