Yuxarı

AYB-dən şəhidlərimizlə bağlı - Bəyanat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqına və dövlətinə qarşı uzun zamandan bəri təcavüzkar mövqe nümayiş etdirən işğalçı Ermənistan və erməni quldurları bugünlərdə öz murdar əməllərinin növbəti qanlı səhifəsini yazdılar.Son dərəcə azğınlaşan işğalçılar iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutaraq dağıntılara və mülki əhali arasında insan tələfatına səbəb oldular. Onların bu qəddarlığı nəticəsində kənd sakinlərindən 50 yaşlı Quliyeva Sahibə İdris qızı və onun nəvəsi - 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular, Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralandı.

Kult.az xəbər verir ki, bu haqda Azərbaycan Yazıçılar Birliyinin bəyanatında qeyd olunub.

“Günahsız dinc adamların, xüsusən 2 yaşlı məsum körpənin vəhşicəsinə qətli dəhşətli cinayət, həm müharibə qayda-qanunlarına, həm də bütün bəşəri prinsiplərə zidd hərəkətdir. Bu hadisə təcavüzkar Ermənistanın, erməni terrorizminin heç bir sərhəd və norma tanımadığına, insanlığa qarşı hər cür inanılmaz zalımlığı törədə biləcəyinə daha bir sübutdur. Həmçinin, bu qanlı akt onu da göstərdi ki, Azərbaycan Ordusu qarşısında acizliyini anlayan işğalçı düşmən öz çirkin məqsədinə nail olmaq üçün təkrar-təkrar mülki əhalini hədəfə alır, yaşayış məntəqələrini amansızcasına atəşə tutmaqda tərəddüd etmir.

Azərbaycan Yazıçılar Birliyi işğalçı Ermənistanın və erməni hərbi canilərinin bu növbəti barbarlığını hiddətlə pisləyərək, düşmənə qarşı mübarizədə dövlətimizin rəhbərliyini və ordumuzu tam mənada dəstəklədiyini bəyan edir!

Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyi dünya dövlətlərini, beynəlxalq ictimaiyyəti bu qanlı hadisəyə dərhal ciddi münasibət bildirməyə, təcavüzkarın cilovlanması naminə təsirli addımlar atmağa çağırır!

Biz, işğala və hərbi təcavüzə məruz qalan Azərbaycanın yazıçı və şairləri olaraq, bütün dünyadakı qələm yoldaşlarımızı ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə, erməni təcavüzünə qarşı qəti etiraz nidalarını ucaltmağa səsləyirik”!, - bəyanatda bildirilir.

Tarix
2017.07.06 / 14:14
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla