Yuxarı

Brilyant erməniyə dəstək verdi, indi səhvini “düzəldir”

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilyant Dadaşova sosial media istifadəçilərinin qınağındam sonra erməni qarmon ifaçısı Varujan Şahbazyanın paylaşımlarının altındakı şərhlərini silib. Eyni zamanda, İnstaqramdakı “brilliant_dadashova” adını dəyişərək “brilliant_dadashova_official” edib. Sənətçi həmin şərhləri istifadə etdiyi profildən yazmadığını göstərməyə çalışıb.

Kult.az Axşam.az-a istinadən xəbər verir ki, ötəngünkü qınaqlardan və mediadakı yazılardan sonra Varujan da İnstaqram profilini qapalı edib. Artıq onun profilini yalnız dostları görə bilir. Bu isə müəyyən şübhələrə yol açıb. Şahbazyanın B.Dadşovanın istəyi ilə belə bir addım atdığı ehtimal edilir. Varujan Şahbazyan B.Dadaşovanı izləyiciləri siyahısından da çıxarıb.

Qeyd edək ki, müğənni erməni musiqiçinin paylaşımlarının altına ürək, əla işarələri düzməsi və “super” yazması ilə gündəmə gəlib.

B.Dadaşova məsələyə münasibət bildirməkdən qaçır, telefonlara cavab vermir.

Tarix
2017.07.13 / 11:41
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla