Yuxarı

Şəbnəm Tovuzlu qəzaya düşdü?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Şəbnəm Tovuzlunun Mingəçevirdə planlaşdırılan konserti təxirə salınıb.

Buna səbəb müğənninin konsertə biletlərinin satılmaması olub. Bu haqda məlumat verən mənbənin dediyinə görə, vəziyyətin ürəkaçan olmadığını görən müğənni vəziyyətdən çıxış yolu axtarıb. O, ilk olaraq rayon rəhbərliyinə səhhətinin yaxşı olmadığını deyib. Bu haqda məlumatı Mingəçevir Dövlət Dram Teatrının məsul əməkdaşı Vüsal Məmmədov verib. O qeyd edib ki, konsertə bilet alan tamaşaçılar pullarını geri ala bilərlər.

Maraqlıdır ki, Şəbnəm Tovuzlu haqda məhz bu hadisədən sonra məlumat yayılıb və onun qəza keçirdiyi yazılıb. Xəbərdə konsertin məhz bu səbəbdən təxirə salındığı da qeyd olunub. Əslində isə Tovuzlu buna görə deyil, maraq olmadığına görə konserti təxirə salıb.

Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, müğənni Mingəçevir konserti ilə bağlı paylaşımların hamısını 2 gün öncə səhifəsindən silib.

Avtosfer.az bu gün hadisəni araşdırmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədən bildiriblər ki, bu hadisə barədə heç bir dəqiq məlumat yoxdur. Ümumiyyətlə, son 3 gündə Azərbaycanda "Mersedes Viano" və VAZ-2107 markalı avtomobillərin toqquşması barədə qəza qeydə alınmayıb: "Hadisənin dəqiq yeri bilinmir. Maşınların nömrəsi yazılmır, yaralıların hansı xəstəxanaya aparılması barədə məlumat yoxdur. Yol qəzası ilə spekulyasiya edib ucuz şou yaratmaq olmaz".

Tarix
2017.07.17 / 20:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla