Yuxarı

Cümhuriyyətə işıq saçan qadınlar – Müsabiqə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsis etdiyi “İşıq-qadın” jurnalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsi elan edir.

Kult.az xəbər verir ki, cümhuriyyətin 100 illik yubileyinin ölkə səviyyəsində keçirilməsi haqqında İlham Əliyevin sərəncamına əsasən təşkil edilən bu müsabiqə cümhuriyyətin quruluşunda rolu olan qadınların həyat və fəaliyyətini işıqlandırmaq, arxiv materialları əsasında onları tanıtmaq məqsədi daşıyır.

Təqdim ediləcək yazılar aşağıdakı mövzuları əhatə etməlidir:

1) Cümhuriyyətə qədərki yaxın dövrdə Azərbaycan qadınlarının fəaliyyəti:

- Qız məktəbləri

- Qadın xeyriyyə cəmiyyətləri

- Qadın mətbuatı (“İşıq” qəzeti və qəzetin ətrafındakı ziyalı qadınlar)

2) Cümhuriyyət dövrü:

- Konkret faktlar əsasında ictimai fəaliyyətdə, dövlət müəssisələrində, siyasət təhsil, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində aktiv qadınlar

3) Cümhuriyyətin süqutundan sonra:

- Repressiya dövründə təqiblərə, həbslərə, sürgünlərə məruz qalan Azərbaycan qadınlarının həyat və fəaliyyəti

Müsabiqəyə təqdim edilən yazılar əvvəllər eynilə heç bir yerdə nəşr edilməməlidir.

Araşdırma-yazılar “Microsoft Word” proqramında yığılmalı, 14 ölçülü “Times New Roman” şrifti ilə, 3-5 A4 səhifəsi həcmində olmalıdır.

Müsabiqədə iştirak edən şəxslər yazıdan əlavə, özləri haqqında qısa məlumat, e-ünvan və əlaqə nömrələrini də təqdim etmələri tələb olunur.

Yazıların son təqdim edilmə tarixi: 31 Dekabr 2017-ci il.

Yazılarınızı [email protected] e-ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə nömrələri: +99412 433 22 96/97, +99450 722 33 34

Qeyd edək ki, yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilməsi tam anonim şəkildə aparılacaq və ilk 3 yeri tutanlar AQUPDK və “İşıq-qadın” jurnalının təsisçisi MİMTA Fondu tərəfindən pul mükafatı ilə mükafatlandırılacaq. Bundan əlavə, müsabiqəyə qəbulu təsdiq edilən bütün yazıların müəlliflərinə müvafiq hədiyyələr təqdim ediləcək.

Tarix
2017.11.02 / 17:54
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla