Ana səhifə Hadisə |
Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.
Kult.az xatırladır ki, 6 noyabr 1926-cı ildə Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayılıb. Bu tarixdə radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılıb. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.
Tarix
2017.11.06 / 08:45
|
Müəllif
Firuzə Vahidqız
|