Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


Heydər Əliyev Fondu onunla hər gün maraqlanır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Aydın Mirzəzadə bu gün tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin vəziyyəti ilə maraqlanmaq üçün Respublika Müalicəvi Diaqnostika Mərkəzində olub.

Kult.az xəbər verir ki, bu barədə millət vəkilinin özü qeyd edib. O bildirib ki, xəstəxananın baş həkimi Könül xanım Xəlilova ilə görüşərək, Tahir müəllimin vəziyyəti barədə danışıb:

“Baş həkimlə birlikdə reanimasiya şöbəsində xəstənin yanında olduq. Tahir Əkbəri müalicə edən Rövşən həkim müalicə prosesi barədə müfəssəl məlumat verdi. Onun vəziyyəti stabil ağırdır. İntensiv müalicə gedir. Vəziyyəti daim diqqətdə saxlanılır.

Müalicənin xərclərini öz üzərinə götürmüş Heydər Əliyev Fondundan bəstəkarın vəziyyəti ilə mütəmadi maraqlanırlar”.

Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər insult keçirərək 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun bütün müalicə xərclərini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Tarix
2017.11.06 / 13:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Kazım Qarabəkir Paşanın qızı vəfat etdi

Güclü külək bu rayonlarda ciddi fəsadlar törətdi - Foto

Tanınmış hüquqşünas faciəvi şəkildə öldü - Foto

Ermənilər mövqelərimizi atəşə tutdu

Monika Belluççi podiumda göz qamaşdırdı - Foto

Şabran Mərkəzi Rayon Xəstəxanasında yanğın

Messi azərbaycanlının ölümünə səbəb olacaqdı

Bayram günündə nə qədər cinayət oldu?

Şamaxıda dəhşətli qəza: ölənlər var

Məşhur aktrisa Bağdadinin “xilafət” elan etdiyi yerə gəldi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla