Yuxarı

Daşnaklara qarşı savaşan partiya... - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Tarix İnstitutunda Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin professoru Əli Kafkasyalının “Bolşevik çevrilişi illərində işğal güclərinə qarşı məhəlli milislərin mücadiləsi və Məhəmməd Bayramoğlu Şıxlı” və institutun Azərbaycanın qədim tarixi şöbəsinin müdiri Allahverdi Əlimirzəyevin “Turukkuların etno-siyasi tarixindən” mövzusunda məruzələri dinlənilib.

Kult.az xəbər verir ki, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında tarixin ən qədim dövrlərində və orta əsrlərdə Şərqi Anadolunun Azərbaycan tarixi ilə sıx bağlı olmasından bəhs edib. O bildirib ki, Atatürk Qurtuluş savaşını məhz Şərqi Anadoludan başlatmışdı.

Y.Mahmudov İran etnoslarının Ön Asiya regionuna sonradan gəldiklərini və regionun ən qədim sakinlərinin Azərbaycan tayfaları olan lullubilər, kutilər və turukkular olduğunu vurğulayıb:

“Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Türk xalqlarının ilkin vətənini Urmiya hövzəsi və ya Altay regionu ilə lokallaşdırmaq düzgün deyil, onların vətəni yayıldıqları Avrasiya məkanıdır”.

Y.Mahmudov Azərbaycan tarixçilərinə müraciət edərək informasiya müharibəsi şəraitində erməni daşnaklarına qarşı mübarizə aparmış Difai Partiyasının tarixini daha dərindən araşdırmağın vacibliyi mövzusuna da toxunub.

Allahverdi Əlimirzəyev isə məruzəsində turukkuların azərbaycanlıların soykökündə iştirak etmiş tayfalardan biri olmasına diqqət çəkib:

“Turukkularla yanaşı, kuti, lullubi, kimmer, iskit, sak və digər qədim tayfalar da xalqımızın təşəkkülündə mühüm rol oynayıblar”.

Məruzələrdən sonra Elmi Şuranın iclasında Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Gürcüstan Demokratik Respublikasının (GDR) 100 illik yubileyinə həsr olunmuş sənədli filmin çəkilişi ilə bağlı müzakirələr aparılıb.

Tarix
2017.11.08 / 12:10
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla