Yuxarı

Alimlərimiz Fransada yeni model təqdim etdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

8-10 noyabr 2017-ci il tarixlərində Fransanın Nitsa şəhərində Sofiya Antipolis Universiteti və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə “Həmrəylik, fəlsəfi prinsip və hüquq norması kimi: Fransa və Azərbaycan mövqeyindən müqayisəli yanaşma” mövzusunda beynəlxalq konfrans keçirilib.

Kult.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan universitetin vitse-prezidenti professor Kristian Vallar Fransa və Azərbaycanın elmi əlaqələrindən bəhs edib, 2017-ci ilin əvvəllərində AMEA-nın Fəlsəfə İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindəki görüşlərindən danışıb, rəhbərlik etdiyi nümayəndə heyətinin bu tədbirlərdən xoş təəssüratlarla ayrıldığını bildirib.

Tədbirdə “Həmrəylik və hüquq: problemin fəlsəfi-etik konteksti” mövzusunda çıxış edən AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə həmrəyliyin tarixinə ekskurs edib, klassik fəlsəfi məktəbin nümayəndələrinin bu məsələyə müxtəlif münasibət bəsləməsini gündəmə gətirib, problemin fəlsəfi-etik tərəfləri barədə fikrini bildirib.

Konfransda Bilik Fondunu “Azərbaycan elmi dünyada” layihəsi çərçivəsində təmsil edən Fondun aparat rəhbəri, professor İsaxan Vəliyev “Həmrəyliyin Azərbaycan modeli: konstitusion əsaslar” mövzusunda çıxış edib, bu modelin hüquqi əsaslarından danışıb, həmrəyliklə bağlı Azərbaycan və Fransa qanunvericiliyinin müqayisəli təhlilini aparıb.

Tədbirdə AMEA-nın Həmkarlar Təşkilatının sədri, professor Qabil Qurbanov, Fəlsəfə İnstitutunun əməkdaşı Zöhrə Əliyeva, Sofiya Antipolis Universitetinin hüquqi və siyasi elmlər fakültəsinin dekan müavini professor Ksavye Latur, professorlar Flipp Vekel, Polin Tyurk və digərləri çıxış edərək həmrəylik məfhumunun müxtəlif aspektləri barədə öz fikirlərini ifadə ediblər.

Diskussiya şəklində davam edən tədbirdə iştirakçıların Azərbaycan həqiqətləri barədə müxtəlif sualları da cavablandırılıb, universitetə xatirə hədiyyələri təqdim olunub.

Tarix
2017.11.14 / 17:21
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla