Yuxarı

Tiflis aeroportunda bomba həyəcanı - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:21

Şota Rustaveli adına Tiflis beynəlxalq hava limanında fövqəladə vəziyyət yaranıb.

Report xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanal” televiziyası məlumat yayıb. Naməlum şəxs aeroportda təhlükəli çanta olması barədə “112” Çağrı Mərkəzinə zəng edib.

Hava limanındakı sərnişinlər təxliyyə olunublar, başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.

Aeroportun ərazisində partlayıcı qurğu axtarılır. Hadisə yerində polis təhqiqat aparır.

***

Gürcüstan Daxili İşlər Nazirliyi Şota Rustaveli adına Tiflis beynəlxalq hava limanında partlayıcı qurğu olması ehtimalı barədə məlumat yayıb.

Nazirliyin məlumatında hazırda hava limanında lazımi axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyi qeyd olunub.

Məlumatda bildirilib ki, “112” Çağrı Mərkəzinə olunan naməlum zəngin yalan olması axtarışın nəticələrindən sonra məlum olacaq.

***

Şota Rustaveli adına Tiflis beynəlxalq aeroportunda sərnişinlərin təxliyyəsi ilə əlaqədar üç aviareys təxirə salınıb.

Tiflis beynəlxalq aeroportunun informasiya mərkəzinə istinadən xəbər verir ki, bunlar Tiflis-Astana, Tiflis-Təl-Əviv və Tiflis-Tehran reysləridir.

Bu reyslər üzrə uçuşlar yaxın vaxtlarda yerinə yetiriləcək. Qeyd edək ki, anonim zəng nəticəsində aeroportun fəaliyyətində fasilə yaranıb. Polis aeroportun hər iki terminalında axtarış aparıb. Partlayıcı qurğu tapılmayıb.

Sərnişinlərə aeroportun hər iki terminalına girib-çıxmalarına icazə verilib.

"112" çağrı mərkəzinə zəng vuraraq yalan məlumat vermiş şəxs axtarılır.

Tarix
2017.11.14 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla