Yuxarı

Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıqdır?! - Millət vəkili

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhriyarın büstünün İranda bu vəziyyətə salınmış fotolarına hiddətlə, ağrıyla, üzüntü ilə baxdım.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva İranda Şəhriyarın büstünə qarşı edilən hərəkətlərə reaksiyasında yazıb. O bildirib ki, Şəhriyar Bakı ilə Təbrizi birləşdirən bir körpüdür:

“Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq? Böyük Şəhriyar bütün millətimizin böyük sevgisini qazanmış ustad şairimizdir. “Heydərbabaya salam” bizim üçün hər zaman yanğıyla, gözyaşıyla, özləmlə, həsrətlə əzbər söylədiyimiz özəl bir əsərdir. Bizim evimizdə də qapıdan daxil olan hər insanı ilk onun fotosu qarşılayardı. Hətta məktəb yoldaşlarım ilk zamanlar elə bilirdilər ki, o, babamın şəklidir. Onlara atamın anlatdığı Şəhriyarı anladardım”.

Millət vəkili vurğulayıb ki, bunu edənləri, bunu edənlərə qarşı ciddi cəza tədbirləri görməyənləri də, bu vəziyyəti düzəltməyənləri də qınayır:

“Günü sabah bununla bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirinə zəng edib, etirazımızı bildirəcəm və bu vəziyyətin aradan qaldırılması məsələsini xahiş edəcəm. Şəhriyara qarşı bu cür sayğısızlığı bütün azərbaycanlılar olaraq qınayırıq və bu hal təcili aradan qaldırılmalıdır. Şəhriyar Azərbaycan ədəbiyyatının ən böyük şairlərindən biridir və hər zaman sevgi ilə anılacaq”.

Qeyd edək ki, naməlum şəxslər tərəfindən böyük şair Məhəmmədhüseyn Şəhriyarın Məşhəd şəhərindəki büstünün yararsız hala salındığı haqda xəbər və foto yayılıb.

Tarix
2017.11.20 / 00:25
Müəllif
Firuzə Vahidqızı
Oxunub
8 445
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla