Yuxarı

“Bu şəhərdə” Lənkərandan “Gəlin”lə qayıdır – Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu şəhərdə” komandası sonuncu “TəkƏr” adlı konsert proqramı ilə London və Naxçıvandan sonra Lənkəranda tamaşaçıların önünə çıxıb.

Kult.az xəbər verir ki, bu gün Lənkəranda komanda ilk konsertini verib. Ənənəvi olaraq böyük anşlaqla keçən konsert proqramı sabah da davam edəcək.

“Bakı konsertimizdən sonra London və Naxçıvanda səfərdə olduq. Hazırda isə Lənkərandayıq və 2 günlük konsertdən sonra paytaxta dönəcəyik. Bununla da “TəkƏr”in səfər turu başa çatır”, - “Bu şəhərdə”nin rəhbəri Müşfiq Abbasov deyib.

M.Abbasov bildirib ki, Bakıda növbəti konsert mart ayından başlayacaq:

“Yeni konsertimiz “Gəlin” adlanır. İlk dəfə olaraq konsertə Sumqayıtdan start verəcəyik. Belə ki, 6 martda Sumqayıtda ilk nümayişimiz olacaq. Daha sonra Bakıda 8-12 mart tarixlərində (5 gün) Heydər Əliyev sarayında tamaşaçılarla görüşəcəyik. 17-18 martda isə Naxçıvanda iki günlük konsertimiz baş tutacaq”.

Qeyd edək ki, “Bu şəhərdə” 9-11 noyabr tarixlərində Bakı konsertindən sonra dekabrda London və Naxçıvanda qostrolda olmuşdu.

Tarix
2018.01.03 / 23:50
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla