Yuxarı

Dilimiz dünyanın ən çətin dilləri sırasında - Siyahı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici Xidmət İnstitutu (FSİ) ingilis dilinin daşıyıcısı tərəfindən digər dillərin öyrənilməsinə sərf edilən təxmini vaxt əsasında dillərin siyahısını hazırlayıb.

Oxu.az-ın xəbərinə görə, Azərbaycan dili ingilisdilli auditoriya üçün dünyanın ən çətin dillərindən biri kimi müəyyən edilərək dördüncü kateqoriyaya yerləşdirilib.

Siyahının müəllifləri 61 xalqın dilini öyrənmə müddətindən asılı olaraq beş kateqoriyaya bölüblər.

Tədqiqatlara əsasən, I kateqoriyaya ingilis dilinə yaxın olan 10 dil daxil edilib. Onların öyrənilməsi üçün 23-24 həftə lazımdır. Buraya afrikaans (holland dilində dialekt), norveç, flamand, Danimarka, portuqal, rumın, ispan, isveç, fransız və italyan dilləri daxildir.

II kateqoriyaya təkcə alman dili düşüb - 30 həftə.

III kateqoriyada üç dil var. Ekspertlər hesab edirlər ki, ingilislər 36 həftəyə İndoneziya, malay və suaxili dillərini öyrənə bilərlər.

Dördüncü kateqoriyada Azərbaycan, türk, rus, Ukrayna, serb, fin, gürcü və erməni dilləri daxil olmaqla ümumilikdə 40 dil var. İngilislər bu dilləri öyrənmək üçün 44 həftə sərf edəcəklər.

Və nəhayət ingilislər üçün ən çətin sayılan beşinci kateqoriyada iki çin dialekti, həmçinin ərəb, yapon və koreya dilləri daxil edilib. Bu dilləri öyrənmək istəyənlərə 88 həftə və ya 2200 saat lazım olacaq.

Tarix
2018.01.07 / 17:17
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla