Yuxarı

Bu kitablar Azərbaycana buraxılmadı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə xaricindən qaynaqlanan müəyyən radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan təriqətlərin dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə ölkəyə dini ədəbiyyatın idxalına, çapına və yayılmasına xüsusi önəm verdiyi nəzərə alınaraq, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq qabaqlayıcı işlər görülür.

Axar.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirədə komitənin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyib.

O qeyd edib ki, hesabat dövrü ərzində ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb. 613 adda dini təyinatlı ədəbiyyat üçün nəzarət markaları verilib.

Hüquq-mühafizə orqanları tərəfindən ekspertiza məqsədilə təqdim edilmiş 2106 adda dini təyinatlı ədəbiyyata baxılaraq, onlardan 99-nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilib.

Tarix
2018.01.11 / 18:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla