Yuxarı

“Allah” sözünü böyük hərflə yazmalıyıq? - İlahiyyatçı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Allah” sözü fərqləndiyinə və seçildiyinə görə məntiqlə biz onu böyük hərflə yazmalıyıq.

Bu sözləri Kult.az-a AMEA-nın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsini şərh edən dilçi alim Şahlar Məmmədov deyib. O bildirib ki, “Allah” sözündə xüsusiləşmə var:

“Bəzən bu sözə sinonim olaraq “xaliq” sözü işlənir. Bu da “xəlq edən” deməkdir. “Xaliq” sözünü də bu mənada böyük hərflə yazmaq olar. Bu sözlərin böyüklə yazılması doğru qərardır”.

Məsələ ilə bağlı danışan ilahiyyatçı Elşad Miri isə bildirib ki, “Allah” sözünün böyük və ya kiçik hərflə yazılması heç bir məna kəsb eləmir:

“Ərəb dilində yaradanın və səmavi kitabların adlarının yazılmasında böyük və ya kiçik hərflə yazılma anlayışı yoxdur. Hamısı kiçik hərflə yazılır. Mən “Allah” və dini kitabların adını da böyük hərflə yazıram. Amma bəziləri “ilah” sözünü “Allah” sözü ilə qarışdırdıqlarına görə “ilah”, “tanrı” “Allah” sözlərini balaca hərflə yazaraq eyniləşdirirlər. Belə yazılış doğru deyil. Buna da səbəb həmin sözlər arasında fərqi bilməməkdir. “Allah” sözünün böyük hərflə yazılması təklifinə görə təşəkkür edirəm. Məncə, bu sözlərin böyük və ya kiçik yazılmasını deyil, nəzərdə tutulanın mahiyyətini bilmək önəmlidir”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində “Allah” sözünün və səmavi kitabların adınlarının böyük hərflə yazılmalı olduğu təklif edilib.

Tarix
2018.01.12 / 16:05
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İrəvanda təlaş: İsrail İranı vuracaq, Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla