Yuxarı

Nazir yeni baş redaktor təyin etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan “Mədəniyyət” qəzetinin baş redaktoru vəzifəsinə yeni təyinat olub.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 31 yanvar 2018-ci il tarixli əmri ilə Vüqar Mükafat oğlu Əliyev “Mədəniyyət” qəzetinin baş redaktoru təyin edilib.

Fevralın 1-də Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov və şöbənin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətovun iştirakı ilə yeni baş redaktor qəzetin kollektivinə təqdim edilib.

Vüqar Əliyev 1970-ci ildə anadan olub. 1992-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirib.

1993-cü ildən mətbuat sahəsində fəaliyyət göstərir, müxtəlif qəzetlərdə müxbir, icmalçı, şöbə müdiri işləyib. 2010-cu ildən “Mədəniyyət” qəzetinin redaktoru vəzifəsində çalışıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və digər qurumların keçirdiyi yazı müsabiqələrinin dəfələrlə qalibi və mükafatçısı olub.

Tarix
2018.02.01 / 17:24
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla