Yuxarı

Mobil telefonlara qənim kəsilən oğru yaxalandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin qiymətli mobil telefonlarını mənimsəyən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinə Ağdaş rayon sakini Əliyusif İsmayılov müraciət edərək bildirib ki, bir neçə gün əvvəl onlayn alış-veriş saytlarında özünə məxsus “İPhone 8” markalı mobil telefonu satmaq istəməsi barədə elan yerləşdirib. Daha sonra tanımadığı şəxs onunla əlaqə saxlayaraq həmin telefonu almaq istədiyini bildirib. Nərimanov rayonunda yerləşən marketlərdən birinin qarşısında görüşəndən sonra həmin şəxs yaxın qohumunun bu obyektdə işlədiyini və telefonu onun üçün almaq istədiyini bildirib. Zərərçəkəndən telefonu qohumuna göstərmək adı ilə alan həmin şəxs marketə daxil olub və obyektin arxa qapısından çıxaraq hadisə yerindən uzaqlaşıb.

Nərimanov Rayon Polis İdarəsi və 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq cinayətini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altay Ağamalıyev saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun eyni üsulla daha 5 nəfərə məxsus “İPhone 7”, “İPhone 8” və “İPhone X” kimi qiymətli mobil telefonları ələ keçirdiyi məlum olub. A.Ağamalıyev həmin telefonlardan beşini paytaxtın müxtəlif nöqtələrində yerləşən telefon alqı-satqısı mağazalarında satıb. Digər telefonu isə saxlanılana qədər özü istifadə edib. Saxlanılan şəxsin dələduzluqla əldə etdiyi mobil telefonlardan bir neçəsinin yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Altay Ağamalıyevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.

Tarix
2018.02.02 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla