Yuxarı

Azərbaycan üçün önəmli günlərdən biri - 14 fevral

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 fevral – bu tarix dünyanın bəzi ölkələrində Ümumdünya Sevgililər Günü kimi qeyd edilir. Ancaq 14 fevral tarixində dünyada başqa və daha maraqlı hadisələr də baş verib. Azərbaycanda da 14 fevral bir çox əlamətdar günlərlə yaddaşlardadır.

Kult.az xəbər verir ki, 1956-cı ilin 14 fevral tarixində Azərbaycan SSR-də ilk dəfə televiziya (Bakı televiziya studiyası) fəaliyyətə başlayıb. Söhbət indiki AzTV kanalından gedir. Bu Şərqdə ilk televiziya idi.

Bu gün həmçinin Azərbaycanda Hərbi-Hava Qüvvələri Günüdür. 1992-ci ildə Milli Ordunun Hərbi-Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan 14 fevral - Azərbaycanın Hərbi-Hava Qüvvələri Günü kimi qeyd olunur.

2011-ci ildə isə saat 21:00-da Azərbaycanın yeni televiziya kanalı olan "Mədəniyyət" fəaliyyətə başlayıb.

Daha bir maraqlı məqam: Azərbaycanın da daxil olduğu Sovetlər Birliyində 1956-cı ilin bu günündə Moskvada Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayı işə başlayıb. Qurultayda Nikita Xruşşov İosif Stalinin "şəxsiyyətə pərəstiş siyasəti" haqda tarixi çıxışını edib.

Tarix
2018.02.14 / 11:59
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla