Yuxarı

Bu, tərbiyəsizlik, vəhşilikdir - Deputatdan cavab

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşüncələr, baxışlar, dünyagörüşlər, zövqlər fərqli ola bilər. Seçkilərə də, rejimlərə də münasibətin, siyasətçilərə də sevgi və nifrətin tərs mütənasibliyi dünyanın hər guşəsində yüzillərdir az və ya çox dərəcədə mövcuddur. Fikirlərlə razılaşıb-razılaşmamaq bir toxunulmaz haqdır və buna görə tənqid edənləri qınamaq, topa tutmaq yanlışdır. Ancaq bir əməl var ki, onun adı sadəcə tərbiyəsizlik deyil, qatillikdir, hannibalizmdir, vəhşilikdir və ən nəhayət nadanlıqdır.

Axar.az xəbər verir ki, bu sözləri Yazıçılar Birliyinin sədri Anarın seçki çağırışının müxalifət düşərgəsində etirazla qarşılanmasına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Deputat qeyd edib ki, xalq yazıçısı Anarın Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və çəkisi var:

“İstər ədəbi mühitdə, istərsə də ictimai-siyasi həyatda tutduğu mövqe, səsləndirdiyi fikirlər hər kəsin təqdirinə və tənqidinə açıqdır. Buna qarşı kimsə haqlı və ya haqsız kampaniya aparmaqda da sərbəstdir. Lakin elə bir çağırış səslənib ki, bunu qətiyyən diqqətdən kənarda saxlamaq, görməzdən gəlmək mümkün deyil. Bir qrup gənc çağırış edib ki, yazıçı Anarın siyasi mövqeyini bəyənmədiyimizə görə kitablarını yandırmalıyıq. Kitab yandırmaq! Bu həm tarixi, həm də ədəbiyyatı yandırmaqdır.

Kitab yandırmaq barədə çağırış səslənəndə dərhal gözümün qarşısına Mirzə Fətəlini, Sabiri, Mirzə Cəlili mənəvi terrorla öldürən milli qaragüruhumuz gəlir. Doğrudanmı bu qaragüruh virusu bu qədər gəncləşərək 21-ci əsrə qədər içimizdə hökmranlıq edə bilir? Tarix boyu işğal edənlər işğal olunanın kitablarını yandırıb. Bunu dinsizlər də edib, xristianlar da, yəhudilər də, müsəlmanlar da. Ötən əsrdə də bu vəhşiliyi faşistlər, kommunistlər, yobaz dinçilər təkrarlayıblar. Hər kəs öz ideologiyasına, baxışlarına tərs düşən kitabı yandırmaqla özünə rahatlıq tapacağını düşünüb. Yer üzündə bundan iyrənc, yaramaz əməl təsəvvür etmək həqiqətən çətindir. İnsanın cismini yandıranlar da onun fikrini yandırandan o dərəcədə təhlükəli deyil”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yazıçıları prezident seçkisində Prezident İlham Əliyevə səs verməyə çağırıb. Müxalifət yazıçının bu çağırışına etiraz olaraq Anarın və Çingiz Abdullayevin kitablarının yandırılmasını tələb edib.

Tarix
2018.02.15 / 18:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla