Yuxarı

Onların azadlığı üçün Prezidentə müraciət… - Amaşov

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:48

Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilir. Qurultay Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Axar.az xəbər verir ki, ötən qurultaydan bu vaxta qədər dünyasını dəyişmiş jurnalistlərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu qurultayda 169 təşkilatdan 241 nümayəndə qeydiyyatdan keçib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığl məktubunu oxuyub.

Daha sonra Əflatun Amaşov Əli Həsənovu doğum günü münasibətilə təbrik edib. Onun hər zaman jurnalistlərin yanında olduğunu bildirib.

Qeyd edək ki, qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qurultayda, həmçinin, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi müzakirə olunacaq.

***

Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat məruzəsi ilə çıxışı zamanı deyib ki, jurnalistlərin sonuncu qurultayından bu vaxta qədər bir sıra problemlər həllini tapıb.

Ə.Amaşov qurultayın Mətbuat Şurasının 15 yaşına təsadüf etdiyini vurğulayıb:

“Mətbuat Şurası bu dövr ərzində media-hakimiyyət və media-cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edib. Medianın maddi texniki bazası, jurnalistlərin mənzillə təminatı ilə bağlı bir çox addımlar həyata keçirilib. VI qurultaydan sonra mediaya dövlət dəstəyi baxımından uğurlu illər olub. Buna görə də dövlət başçımız İlham Əliyevə təşəkkür edirik.

VI qurultaydan bu vaxta qədər Şuraya 3145 şikayət daxil olub. 2213 şikayət həllini tapıb, 932-sində razılığa gəlinmədiyindən Şuranın müxtəlif komissiyalarına göndərilib. Şikayətlərdən 159-u reketçiliklə mübarizə komissiyasında araşdırılıb. Reket jurnalistika ilı bağlı araşdırmanın 104-ü ilə bağlı yekun rəy qəbul edilib. Ümumilikdə 231 qərar çıxarılıb, 68 cavabdehə xəbərdarlıq edilib, 134 halda media nümayəndəliklərinə etinasızlıqla bağlı xəbərdarıq edilib”.

Ə.Amaşov onu da əlavə edib ki, Mətbuat Şurası jurnalistlərin müxtəlif sahələrdəki problemlərini öyrənib.

Ə.Amaşov Şuranın fəaliyyəti ilə bağlı səsləndirilən neqativ fikirlərə də münasibət bildirib:

“Dünyada mətbuat şuralarının yerini müəyyən edən iki şərt mövcuddur. Onlardan biri də mətbuatın problemlərini həll etməkdir. Şuraya 15 il ərzində 12 mindən çox şikayət Mətbuat Şurasının əhəmiyyətindən xəbər verir. Biz bu şikayətlərin olmamasıni istərdik. Cəmiyyətlə bərabər, dövlət də Mətbuat Şurasına etibar edir. Bəziləri isə bu funksiyalarımıza görə bizi ittiham edir. Onların fikrində Mətbuat Şurasının fəaliyyəti necə olmalıdır, onu anlamırıq. Şuraya qarşı fikirlər səsləndirənlər bizi jurnalistlərə qarşı olmaq, dövlətin tərəfini saxlamaqda ittiham edirlər. Lakin bu müddət ərzində Şuraya müraciətlərin 70 faizindən çoxunda jurnalistlər haqlı görülüb. Əlbəttə, mövcud problemlərin həlli üçün addımlar atılıb, mediaya yüksək səviyyədə maddi dəstək göstərilir”.

Ə.Amaşov medianın problemlərindən də danışıb:

“Hesab edirik ki, müasir dövr media reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızından əlavə dəyər vergisinin götürülməsi bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynayacaq, ona görə yazılı medianın dövrünün başa çatması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Bu mənada çap medianın satışına geniş imkanlar yaratmalıyıq, qəzet köçkləri ilə yanaşı, metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.

Ə.Amaşov bildirib ki, onlayn mediada reklam bazarının istənilən səviyyədə olmamasından onlara dövlət dəstəyi mütləqdir:

“Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək olmalıdır”.

Mətbuat Şurasının sədri bildirib ki, həbsxanada olan jurnalistlərin cəzalarının çəkilməmiş hissələrindən azad edilməsi üçün ölkə başçısına müraciət olunmalıdır.

***

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov mətbuat tarixində iki böyük şəxsiyyətin təsirindən danışıb:

“Onlardan biri Həsən bəy Zərdabidir ki, o, Azərbaycanda mətbu sözün banisidir. O, Azərbaycanda oxu mədəniyətinin zəif olduğu dövrdə milli mətbuatın əsasını qoydu. Mətbuat həmişə senzuraya məruz qalıb. Yalnız Ulu öndər Heydər Əliyev senzuranı ləğv etdi, bununla da o, azad mətbu sözün banisi hesab edilir. Heydər Əliyev mətbuata sistemli diqqətin əsasını qoyub. Bu mənada bu iki şəxsiyyətin mətbuatımızın inkişafı üçün rolu danılmazdır. Prezident İlham Əliyev də bu qayğını davam etdirir. O, hər bir çıxışında mətbuatı məlumatlandırır”.

B.Sadıqov qurultayda səsləndirilən bir sıra təklifləri dəstəklədiyini bildirib.

“Bu gün mənzilə ehtiyacı olan jurnalistlər üçün yeni bina tikilir. Jurnalistlərin bu problemi həll edildikcə onların yaradıcılıq imkanları daha da artır. Bundan başqa, mətbuatın əlavə dəyər vergisindən azad edilməsi təklifini dəstəkləyirəm. Hesab edirəm ki, Mətbuat Şurası haqqında qanun qəbul edilməlidir. Şura fəaliyyətini bu qanun əsasında həyata keçirməlidir”.

Tarix
2018.03.10 / 11:43
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla