Yuxarı

Özlərini o dərəcədə arxayın hiss edirlər ki... - MTRŞ

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzakirə verilişlərində, tok-şoularda ciddi, ictimai əhəmiyyət kəsb edən mövzuların müzakirəsi zəruridir və buna tamaşaçının ehtiyacı var. Kim deyirsə, belə mövzular tamaşaçı üçün maraqlı deyil, səhv edir.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O qeyd edib ki, cəmiyyətdə ekstrasenslər, öncəgörənlər də kimlər üçünsə maraqlıdır:

“Aktuallıq kəsb edərsə, ciddi ekspertlərin iştirakı ilə belə mövzuları da hərdən müzakirəyə çıxarmaq olar. Lakin bu, davamlı şəkil alanda başqa meyllər hiss olunur. Hazırda bəzi telekanallar bu mövzuları reytinq xatirinə mütəmadi olaraq gündəmdə saxlamaq xətti seçib. Hətta bəzən aparıcıların da buna məcbur olduğu müşahidə edilir. Çünki onlardan reytinq tələb olunur. Əlbəttə, bu, xoşagələn hal deyil. Lakin elə kanallar da var ki, onların efirində qətiyyən belə hallar yaşanmır. Deməli, “ekstrasens”lərsiz də reytinq yığmaq olar".

T. Dadaşov qeyd edib ki, xüsusən "Speys" telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişində son vaxtlar cəmiyyətdə ekstrasens, şəfaverici kimi tanınan bəzi şəxslər tez-tez görünür:

"Bütün hallarda onlar efirə tez-tez çıxdıqca, reklam olunurlar. Bəzən həmin ekstrasenslər insanların sağlamlığında özlərini həkimlərdən daha vacib rol sahibi kimi təqdim edirlər. Təəssüf ki, aparıcılar da ekstrasenslərin təkəbbürlü çıxışlarının qarşısını almağa çalışmırlar. Bu da onların əl-ayağını açır. Özlərinə ekstrasens deyən həmin şəxslər son vaxtlar özlərini o dərəcədə arxayın hiss edirlər ki, efirdə tamaşaçıya, iştirakçıya hörmətsizlik edir, yersiz emosionallıq, efir etikasına zidd davranışlar sərgiləyirlər. Bütün bunlar ciddi narahatlıq yaradır. Sanki kanalların, aparıcıların həmin “ekstrasens”lərdən asılılığı təəssüratı yaranır. Bu cür hallar monitorinqlərin predmetidir və mütəmadi olaraq Şura rəhbərliyinə məruzələr edilir".

Tarix
2018.03.12 / 14:50
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla