Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Yanvar 2019


Cavid Qurbanov mənə ev verib - Kəramət Böyükçöl

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl sosial şəbəkədə yayılan məlumata görə, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov gənc yazar Kəramət Böyükçölə ev bağışlayıb.

Lakin Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti bəyanat yayaraq belə bir hadisənin olmadığını bildirib.

Kəramət Böyükçöl Lent.az-a açıqlamasında ona ev bağışlanıldığını təsdiq edib:

“Mənə həqiqətən də Həzi Aslanov metrosunun yaxınlığında ev veriblər. Evi verən adamın adı Cavid, soyadı Qurbanovdur. Ancaq bu, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili, Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov deyil. Fransada yaşayan bir iş adamıdır. Mənim “Səkkizinci gün” romanımı oxuyub bir ay bundan qabaq zəng eləmişdi. Bir həftə əvvəl isə mənimlə görüşdü və mənə ev bağışladı. Qəribədir ki, bu söhbəti bir mən, bir həmin adam, bir də bizim ailəmiz bilir. Əminəm, nə həmin adam bu barədə hardasa danışar, nə də ailə üzvlərimizdən hər hansı biri. Xəbərin sosial şəbəkələrə çıxmasına məəttəl qalmışam.”

Daha sonra gənc yazar bunları deyib:

“Bir də ona məəttələm ki, bir yazıçının ev almasına niyə bu qədər narahat olurlar? Göbəyiaçıq müğənnilərə, şou-biznes nümayəndələrinə ev verəndə olur, yazıçıya olmur?”

Kəramət Böyükçöl Feysbuk hesabının bağlanmasını da oğlunun səhhəti ilə əlaqələndirib: “Oğlum əməliyyat olunmalıdır. Ona görə də sosial şəbəkələrdəki fəaliyyətimə ara vermişəm.”

Tarix
2018.04.13 / 13:23
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu gün Əliyevlər ailəsində 36-cı il qeyd edilir - Foto

Xəlilova səhnədə dünyasını dəyişdi - Video

Ermənilərin Qazaxa atdığı iki raket tapıldı - Foto

Nazir Tahir Əliyevi işdən çıxardı - Yeni təyinat

Məşhur amerikalı müğənni Parisdə həbs edildi

Tərcümə Mərkəzinin “şey”i səhv hesab etməsi... – Akademik

Tələbələr təkid etdi, türk dili tədrisə qaytarıldı

Tərcümə sahəsi batır, Afaq Məsud isə "tük" axtarır...

50 il əvvəl, elə bu saatda: Dünya bundan şoka düşdü - Foto

Tatlısəs Ərdoğana təşəkkür etdi: Anam üçün...

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla