Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2019


"Qədr gecəsi" neçə gecədir: 3, 4, yoxsa 6? - Hacı Şahin

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədr gecələrində oyaq qalmaq məsləhət görülür. Oyaq qalmağa isə “Əhya” deyilir. Əhya “dirilik” deməkdir. Yəni diri qalmaq, oyaq qalmaq mənasında işlədilir.

Bu sözləri Qədr (Əhya) gecələrinin mahiyyəti haqqında Kult.az-a danışan ilahiyyatçı Hacı Şahin deyib. O, Qədr (Əhya) gecəsinin 3 gecə nəzərdə tutulmasına rəğmən, bəzən bu sayın 4-ə çatmasına da aydınlıq gətirib:

“Qədr gecəsi Qurani-Kərimin nazil olduğu gündür. Hətta Quranda da, başqa bir ayədə də bu barədə yazılıb. Bu iki məlumatdan belə nəticəyə gəlirik ki, Quran Ramazanda nazil olunub və Qədr gecəsi də bu aya təsadüf edir. Amma Quranın Ramazan ayının hansı gecəsində nazil olması haqqında dəqiq məlumat yoxdur. Hədislərimizdə Qədr gecəsinin Ramazanın 19-cu, 21-ci və 23-cü gecəsinə təsadüf elədiyi qeyd olunur. Bəzən hədislərdə son on günlükdə tək gecələrə, yəni 25, 27 və 29-cu gecəyə təsadüf etdiyi yazılır.

Qədr gecəsində Əhya saxlayırlar, yəni oyaq qalırlar. Qədr gecəsinin nə vaxt olması ilə bağlı dəqiq məlumat olmadığı üçün, 3 gecə Əhya saxlayırlar. Bəzi rəvayətlərdə Əhyanın Ramazanın 27-ci gecəsinə təsadüf etdiyi də deyilir. Ümumiyyətlə, Ramazan ayının axırıncı on gününün tək gecələrində Əhya saxlamaq məsləhətlidir. İyunun 11-i Ramazanın 27-ci günüdür və ehtimal ki, həmin gecə də Əhya gecəsidir. Bu, hər il belə olur”.

İlahiyyatçı Əhya gecələrində insanların başına Quran qoyaraq, dua etməsini savab əməl kimi qiymətləndirib:

“Əhya gecəsində səhərə qədər tövbə edilir, Qurani-Kərimi baş üzərinə qoyaraq, müəyyən dualar edilir. Bu gecə özünü təftiş etmək üçün bir fürsətdir. Bu, ilin ən üstün gecəsidir və mütləq ibadət edərək keçirmək lazımdır. Vacib deyil ki, hamı ərəbcə dualar oxusun. Duaların tərcüməsini bilərək oxumaq da yaxşıdır. İnsanlar istəklərini öz dillərində deyərək, Allahla danışa, bağışlanmaq istəyə bilərlər”.

Tarix
2018.06.08 / 12:35
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Gənc yazıçı vəfat etdi - Səbəb

Nəsimi ilə bağlı daha bir addım – 12 apreldə

Kadrarxası: Fuad Poladovun “Tanqo” rəqsi - Video

Vasim Məmmədəliyev Hacı Şahinlə əvəzləndi

A gədə, silin onu, biabır oldum – Mirzə Cəlil

Kürdəmirdə faciə: 19 yaşlı ana doğuş zamanı öldü

Azərbaycanda dəhşətli qəza: yaralı sayı 42-yə çatdı - Foto

Mal-qaraya qənim kəsilən canavarlar - Foto

Diqqət: 7 min avro qazana bilərsiniz – Foto

Venesuela rəsmisi Kamal Abdulla ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla