Yuxarı

AP üzvləri ilə görüş: Hesabat tələb edilməlidir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Azərbaycanlıları Konqresinin təmsilçiləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Avropa ölkələrində təşkil edilən tədbirlər çərçivəsində Avropa Parlamentinin üzvləri ilə görüşüblər.

Bu barədə Kult.az-a AAK prezidenti Sahil Qasımov məlumat verib.

İlk görüş Avropa Parlamentinin Bolqarıstandan olan millət vəkili İlhan Kiçik keçirilib.

O bildirib ki, parlament üzvləri ilə görüş böyük əhəmiyyət daşıyır və hər bir dövlətin diaspor təşkilatları Avropa Parlamenti ilə sıx əlaqədə olmalı, ölkələri haqqında çıxarılan qərəzli, haqsız qərarlara görə hesabat tələb etməlidirlər. İ.Kiçik Azərbaycanın Brüsseldəki səfirliyi ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə çalışdığını deyib.

Növbəti görüş Avropa Parlamentinin Latviyadan olan üzvü İveta Qriqule ilə keçirilib və hər iki deputatla Avropadakı Beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları müzakirə olunub.

Sonda Parlament üzvlərinə ingilis dilinə tərcümə olunmuş "Əli və Nino" kitabı hədiyyə edilib.

AAK-ın prezidenti və idarə heyətinin üzvləri Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovun dəvəti ilə ADR-ın 100 illiyi münasibəti ilə əlaqədar təşkil edilən rəsmi qəbulda istirak ediblər.

Tarix
2018.06.08 / 17:49
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla