Yuxarı

Leyla Əliyeva uşaqları sevindirdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan silsilə tədbirlərin təşkili davam etdirilir.

Report xəbər verir ki, tədbirlər çərçivəsində “Birlik” Xeyriyyə Təşkilatı tərəfindən valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan, o cümlədən Qaradağ rayonundakı 6 saylı somatik sanatoriyada reabilitasiya və sanator-müalicə prosesi keçən, eləcə də daun sindromlu və müxtəlif uşaq evlərinin sakinləri olan uşaqlar üçün musiqili-əyləncəli xeyriyyə tədbiri keçirilib.

Tədbirə dövlətin uşaq məsələləri ilə bağlı siyasətinin həyata keçirilməsində fəal iştirak edən digər QHT-lərin, eləcə də ictimaiyyətin nümayəndələri, çoxlu sayda azyaşlılar qatılıblar.

“Birlik” Xeyriyyə Təşkilatının üzvləri çıxış edərək uşaqlara dövlətimizin göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışıblar. Valideynlər uşaqlara yaradılan şəraitə və qayğıya görə Azərbaycan Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya və valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqları daim yada salan, onların problemləri ilə maraqlanan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin bədii hissəsi konsert proqramı ilə davam edib. Bədii hissədə tanınmış incəsənət ustalarının, o cümlədən populyar müğənnilər - Əməkdar Artist Ədalət Şükürov, Azad Şabanov, Sevda Yəhyayeva, Xəyyam Nisanov, Elçin Cəfərov, Samirə Əfəndiyeva, Murad Arif, Nərmin Kərimbəyova və Rauf Əhmədovun ifaları iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb.

Şən klounların, illüzionistlərin, animatorların çıxışları və müxtəlif fləşmoblar tədbirə xoş ovqat bəxş edib.

Tarix
2018.06.11 / 17:24
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla