Yuxarı

Bu təhsil mərkəzi Kembricdə qeydiyyatdan keçdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kembric Universitetinin bölməsi olan Kembric Beynəlxalq Təhsil üzrə Qiymətləndirmə (Cambridge Assessment International Education) Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) Kembric Peşəkar İnkişaf Mərkəzi kimi akkreditasiyadan keçdiyini bəyan edib.

Kult.az xəbər verir ki, AMİM müəllimlərə İngiltərə, Uels və Şimali İrlandiya üçün mövcud olan Tədris, Öyrənmə və İkidilli şəxslərin tədrisi üzrə Ali Təhsil Kvalifikasiyası üçün meyarların 4-cü və 5-ci səviyyəsində Peşəkar İnkişaf Kvalifikasiyası (Professional Development Qualifications) - sertifikat və diplom proqramlarında iştirak etmək imkanı təqdim edəcək. Kembric Peşəkar İnkişaf Kvalifikasiyası (Professional Development Qualifications) sertifikatları 4-cü səviyyədə 60, diplom isə 5-ci səviyyədə 60 akademik kreditə malikdirlər.

Peşəkar İnkişaf Kvalifikasiyaları Proqramları (Professional Development Qualifications Programmes), təkcə mükəmməl tələbə öyrənməsini deyil, həm də müəllimlərin davamlı peşəkar inkişafı və öyrənməsinə dəyər və dəstək verərək onların bir ömür boyu öyrənənələrə çevrilməsini dəstəkləyir.

Kembric Peşəkar İnkişaf Kvalifikasiyaları proqramı ərzində müəllimlər müvafiq təhsil düşüncəsi və ən yaxşı beynəlxalq təcrübələrə tənqidi şəkildə yanaşacaq, öz tədris təcrübələrinə yeni fikirlər və yanaşmalar tətbiq edəcəklər. Gələcək inkişafı planlaşdırmaq və tələbələrin öyrənməsinin keyfiyyətini yaxşılaşdırmaq üçün təcrübə və nəticələr haqqında fikir mübadiləsi aparacaqlar.

Proqram 3 tədris modulundan ibarətdir – sertifikat 1 modulu, diplom isə əlavə daha 2 modulu əhatə edir. Hər bir modul təlimatlı təlim, fərdi təhsil və iş əsaslı öyrənmədən ibarətdir. Hər modul üçün 4 ay ərzində 120 saatlıq təlim və hazırlıq tələb edir.

Yeni tədris ilində Kembric Peşəkar İnkişaf Kvalifikasiyaları (Cambridge Professional Development Qualifications) proqramına qoşulmaq istəyən müəllimlər daha ətraflı məlumat üçün Azərbaycan Müəllim İnkişafı Mərkəzinə müraciət etməlidirlər - info@Azteachers.az

Tarix
2018.06.12 / 14:16
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla